Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Layihələrin SİYAHISI (qısa məlumat və ayrılmış qrant vəsaiti)
AAF77950A56E3D4C84235842FE4AA479
3257
single,single-post,postid-3257,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Layihələrin SİYAHISI (qısa məlumat və ayrılmış qrant vəsaiti)

FONDUN ELAN ETDİYİ 1-ci QRANT MÜSABİQƏSİNDƏ QALİB GƏLMİŞ LAYİHƏLƏRİN SİYAHISI

 

Layihənin adı Layihə haqqında qısa məlumat Ayrılmış qrant məbləği, manat
1 3İ (İntelektual, İnnovativ, İnteraktiv) öyrənmə resursları layihəsiorta təhsil müəssisələrinin 5-7-ci siniflərində təhsil alan şagirdlərə dərslərin elektron tədrisi proqramıdır. 10,000
2 Aeronaviqasiya təminatı üçün çoxölçülü trenajor sisteminin yaradılması Aeronaviqasiya təminatı üzrə çoxölçülü trenajor sistemi mülki aviasiyada uçuşların təhlükəsizliyini, fasiləsizliyini və müntəzəmliyini təmin edən uçuş, Havada Hərəkətin İdarə Edilməsi üzrə dispetçer, mühəndis-texniki heyət və Milli Aviasiya Akademiyasının müvafiq ixtisasları üçün nəzərdə tutulub. 15,000
3 Azərbaycanda e-hökumətin inkişaf modeli əsasında elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi Layihə çərçivəsində üç əsas məsələnin həlli nəzərdə tutulur: elektron xidmətlərin monitorinq sisteminin yaradılması, e-hökumət xidmətlərinin iqtisadi cəhətdən təsirinin qiymətləndirilməsi və istifadəçilərin tələblərini nəzərə alan model əsasında xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi. 20,000
4 Buta CMS Layihənin nəticəsi olaraq veb sayt yaratmaq istəyən hər bir sahibkarın və ya istənilən fərdi şəxsin özü üçün öz istəyinə görə heç bir proqramlaşdırma olmadan veb saytlar yarada bilmələri mümkün olacaqdır.Bu sistem ən ucuz qiymətə tam funksional veb sayt sahibi olmaq istəyən hər kəs üçün nəzərdə tutulmuşdur. 10,000
5 Car Doctor Layihə onlayn rejimdə veb üzərindən avtomobilin diaqnostikasını həyata keçirməyə imkan yaradan texniki qurğu və proqram kompleksini özündə birləşdirən bir layihədir. APK-nın (Aparat proqram kompleksi) digər innovativ funksiyası avtomobildə WiFi internetin yaradılması imkanı və GPS monitorinqin həyata keçirilməsidir. 20,000
6 Cərimələrin avtomatlaşdırılması Layihənin məqsədi yol hərəkəti qaydalarının pozulması barədə interaktiv şəkildə sürücünün şəxsi kabinetinə göndərilməsi və bu haqda elektron poçt və SMS xəbərdarlığı və cərimələrin online, kredit və bank kartları vasitəsilə ödənilməsinitəşkil etməkdir. 20,000
7 CoLi “Colourful Life” Sosial şəbəkə və reklam platformasıdır. Şirkətlər CoLi vasitəsilə xəbər və yeniliklərini, media məhsullarını çox qısa zamanda istifadəçilərə çatdıra biləcəklər. Şirkətlər həmçinin onlarla seqmentləşdirmə alətinin vasitəsilə reklamlarını istədikləri auditoriyaya göstərə biləcək. 20,000
8 Doctormap Layihə çərçivəsində yaradılacaq www.doctormap.az platforması özündə xəritə, həkim səhifəsi, xəstəxana səhifəsi, şəxsi səhifə, aptek səhifəsi, axtarış, qeydiyyat, qiymətləndirmə, müzakirə və qeydlər, vakansiya, tibbi kitabxana, xəstəliklərin kataloqu, reytinq, servislərə çıxış, onlayn həkim, onlayn aptek, mobil apllication, xəbərlər, reklam bölmələrini əks etdirəcəkdir. 20,000
9 ECM – Uyğunluğun İdarəolunması üzrə Mühəndis Proqram Təminatı Layihənin məqsədi sənaye müəssisələrində effektivliyinin və şəffaflığın artırılmasının və istehsalat prosesinin leqallaşdırılması və standartlaşdırılması məqsədilə Uyğunluğun İdarəolunması və Nöqsanların Təhlili proseslərin avtomatlaşdırılması üçün İnnovativ Proqram Təminatının yaradılmasıdır. 20,000
10 e-Layihə Layihə qrant ayıran qurumlar tərəfindən layihələrin elektron şəkildə qəbul edilməsi, onlara ekspertlərin təyin edilməsi, ilkin və kompleks ekspertizaların təyin edilməsi və s. funksiyalarını təklif edir. 20,000
11 Əlifbanı Öyrənirəm “Əlifbanı öyrənirəm” layihəsi planşet bazasında uşaq oyunudur.Məqsədi 5-10 yaş arası uşaqlara Azərbaycan əlifbasının və Azərbaycan dilindəki ilkin anlayışların interaktiv oyun şəklində öyrədilməsidir. 10,000
12 eÖS eÖS layihəsinin məqsədi təhsil xidmətlərinin təqdim edilməsinin müasir növü olan məsafədən təhsil vasitəsilə əhalinin müxtəlif hədəf qrupları üçün əlçatan, çevik və sərfəli qiymətlərlə təhsil imkanları yaratmaqdır. 20,000
13 Eticaret.az
(Mağazaların və fərdi sahibkarların mərkəzləşdirilmiş online platformada alqı-satqı əməliyyatlarının təşkili)
Eticarət.az portalı, məhsullarınızı, rəqəmsal fəaliyyətinizi, e-kitablarınızı və xidmətlərinizi heç bir virtual mağaza proqramına ehtiyac duymadan sata biləcəyiniz və gəlir əldə edəcəyiniz, üstəlik asan istifadə oluna bilən internet xidmətidir.Məqsəd coğrafi maneələrdən müstəqil olaraq, Azərbaycanın hər yerində yaşayan insanların etibarlı, asan və bol seçimli onlayn alqı-satqı edəbilməsini təmin etməkdir. 15,000
14 GOUP Əhalinin milli mənəvi dəyərlərinin yüksəldilməsi üçün online oyun layihəsidir.Qoyulmuş məqsədlərə nail olmağın əsas metodu interaktiv sosial oyun vasitəsilə əxlaq qaydalarını fəal şəkildə təbliğ etməkdir. 20,000
15 Həkimə dəstək kompyuter proqramı Layihənin məqsədi Azərbaycanda ilk dəfə olaraq son nəsil tibbi-informasiya sisteminin əsasında “Həkim qərarlarının qəbul edilməsinin dəstəklənməsi üzrə sistemin” yaradılmasıdır.Sistem vasitəsilə həkimlər xəstəyə düzgün diaqnoz qoymağa, ən uyğun müalicə seçməyə, dərmanların qarşılıqlı uyğunluğunu yoxlamağa və onların yan təsirlərini minimuma qədər azaltmağa yardım edən vasitə qazanacaqlar. 20,000
16 HiPassenger HiPassengerdünya miqyasında səyahətə çıxanları əlaqələndirən, onların bir-biri ilə söhbətləşməsinə imkan yaradan, eyni zamanda partnyorlar tərəfindən təklif olunan ən sərfəli sövdələşmələri tapmağa imkan verən internet və mobil rabitə sistemlərinə əsaslanan yeni platformadır. 20,000
17 Intellektual sistemlərin rəqəmsal kitabxana şəbəkəsinə tətbiqi Məqsəd Kitabxana fondunun etibarlı sürətdə mühafizəsi, fonddan daha geniş oxucu kontingentinin səmərəli istifadəsini təmin etmək, ali məktəb kitabxanaları arasında vahidliyin, informasiyaların rəqəmli formada sistemli təşkili, istifadəçilərin şəbəkənin istənilən ədəbiyyatdan 24 saat müddətində onlayn şəkildə istifadə edə bilməsinə şərait yaratmaqdır.

20,000
18 İsmayıllı Elektron Turizm Portalı Layihə nəticəsində yaradılmış portalda İsmayıllının tarixi, gəzməli yerləri haqqında yazılı və görüntülü məlumatlar yerləşəcək, turistlər üçün turizm marşrutları hazırlanacaq, hotellərin, motellərin, restoranların kataloqu, onlar haqqında məlumatlar olacaqdır. 15,000
19 Knowledge Yard” (KY) Hospital İnformasiya Sistemi Məqsəd tibb müəssisələrində müraciət etmiş xəstələrin müayinədən keçirilməsi və müalicəsi məqsədilə kartların açılması, xəstənin diaqnozu, tarixçəsi, qeydə alınmış xəstələrin axtarışı, o cümlədən kassa və digər əməliyyatlar üzrə məlumatların avtomatlaşdırılmış qaydada təşkilini təmin edən “Knowledge Yard” (KY) Hospital İnformasiya Sistemi adlı vahid elektron bazanın yaradılmasıdır. 20,000
20 Mülki təyyarələrdə uçuşdan qabaq qəza vəziyyətlərinin gizli dövrünün noise-monitorinq sisteminin yaradılması İşin məqsədi küylənmiş siqnalların analizinin yeni texnologiyasının tətbiqi ilə zədənin yarandığı ilkin anda (gizli dövründə) təyin olunması məqsədilə mülki təyyarələrin uçuşdan əvvəl texniki vəziyyətinin noise-monitorinq sisteminin işlənib hazırlanmasıdır. 20,000
21 My Baku Turistlər və vətəndaşlar üçün mobil şəhər bələdçisi platformasıdır. Layihənin məqsədi Azərbaycanın internet və mobil proqramlar bazarında çoxfunksiyalı məlumat platformasının yaradılması, həmçinin turistlərin və vətəndaşların ən çox müraciət edəcək bir informasiya-axtarış məkanına çevirməkdir 20,000
22 Radiosignal mənbələrinin xüsusiyyətlərinin identifikasiyası üçün metod, alqoritmlər və proqram təminatının işlənməsi Layihə çərçivəsində radio yayımı sahəsində texnoloji tələblərə riayət olunmasına, yayım parametrlərinin qüsursuzluğuna nəzarət, yayım mənbələrinin efirdə aktivliyinin zaman xronologiyası, monitorinq məlumatlarının tədqiqi üçün intermodulyasiyaprinsipinə əsaslanan riyazi modelin işlənməsi və bu model əsasında proqram təminatının yaradılması nəzərdə tutulur. 20,000
23 Salut Salut Azərbaycanda sıfırdan inkişaf etdirilən ilk mobil ödəniş platforması layihəsidir.Layihə mobil cihazlar üçün müvafiq proqram təminatının hazırlanmasından ibarətdir. Salut kartı sahibinin vəsaitləri kartın emitenti olan bankda saxlanılacaq, lakin Salut platforması Apple İOS və Google Android mobil proqramları vasitəsilə həmin kart sahiblərinə öz hesabını idarə etmək imkanını yaradacaqdır. 20,000
24 Səhiyyənin İntellektual İdarəsi Mərkəzi Layihənin məqsədi özündə həkim-xəstə-aptek münasibətlərini ehtiva edən, xəstəliklərin, xəstələrin, yazılan və alınan dərmanların statistikasının müxtəlif rakurslardan (mövsüm, region, yaş qrupu, cinsi və s.) toplayan və bunu maraqlı tərəflərə (əhali, həkimlər, apteklər, dərman şirkətləri, klinikalar, Səhiyyə Nazirliyi) açıqlaya bilən online şəbəkə yaratmaqdır. 20,000
25 Smart kartla mobil imza Hazırlanacaq sistem vasitəsi ilə mobil qurğularda (smartfonlarda və planşetlərdə) Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) təqdim etdiyi təkmil elektron imza sertifikatları vasitəsi ilə elektron imza, həmçinin elektron möhür və vaxt göstəricisinin (timestamp) sənədə əlavə edilməsi təmin ediləcəkdir.Hazırlanacaq sistem heç bir mobil operatordan asılı olmayacaq, online və offline halda fəaliyyət göstərmək imkanına malik olacaqdır. 20,000
26 SmartMenu SmartMenu layihəsi çərçivəsindəplanşet üzərindən elektron menyu sisteminin yaradılması nəzərdə tutulur. Məqsəd restoranlarda xidmət səviyyəsinin yüksəldilməsi, restoranların daha effektiv idarə olunmasına dəstək göstərilməsi və resurslara qənaətdir. 10,000
27 SocialTRENDS SocialTrends – sosial şəbəkələrin analizi proqramının əsas məqsədi şirkətlərin və qurumların sosial mediada onlar haqqında nə yazıldığını görməsidir. Proqram Facebook ve Twitterde Azərbaycan istifadəçilərinin yazışmalarında hər hansı firma haqqında nələr yazıldığını tapır və istifadəçiyə təqdim edir. 15,000
28 Socset.com Linklərin (URL) sosial şəbəkələrdəgündəlik paylaşım statistikasını və hashtag-ların (açar sözlər) statistikasını ölçmək, statistikaları müxtəlif qrafiklərlə vizuallaşdırmaqla bağlı xidmətdir. 20,000
29 Təhlükəsizlik məqsədləri üçün Germanium/Silisium əsaslı iki zolaqlı görüntü sensorları” Layihənin məqsədi spektrin görünən və infraqırmızı diapazonlarında işləyə biləcək Germanium/Silisium texnologiyası əsasında yeni 2 zolaqlı bərk cisim görüntü sensorlarının hazırlanması və işığı detektə edən piksellərin yeni dizaynını qurmaqdır. 20,000
30 ULC Computing Systems ULC Computing Systems bir-birinə bağlı server və yüksək hesablama əməliyyatına malik cluster və paralel hesablama texnologiyasıdır. Butexnologiya şirkətlərin və müəssisələrin istifadəçilərinin və ya əməliyyatlarının sayı artdığı halda bahalı serverlərə sərf olunan məbləğın kəskin şəkildə azalmasına xidmət edir. 20,000
31 wetravel Layihənin məqsədi www.wetravel.to İnternet səhifəsinin kompüter və mobil cihaz applikasiyalarının ilkin versiyasınının yaradılması vəölkələrə gəzinti turu təşkil edən onlayn sistemin qurulmasıdır. 20,000


Print Friendly