Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə Fondda görüş keçirilmişdir
12 / 09 / 2014
2014 cü il 12 sentyabr tarixdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko ilə görüş keçirilmişdir.
Görüşdə fondun İcraçı direktorunun müavini Azər Bayramov qonağı Fondun fəaliyyəti, maliyyə mexanizmləri və görüləcək işlər haqqında məlumat vermişdir. Larisa Lesçenko öz növbəsində Dünya Bankının Azərbaycandakı fəaliyyəti haqqında və növbədə duran işlər haqqında məlumat vermişdir. Xanım Lesçenko Fondla əməkdaşlıqın vacibliyini vurğulamış və gələcəkdə informasiya texnologiyaları sahəsində ixtisaslaşan layihələrin birgə maliyyələşdirilməni həmçinin bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlara(“startup”çılara) dəstək olmaq üçün müxtəlif əməkdaşlıq formalarının mövcudluğunu qeyd etmişdir. Sonra görüş iştirakçıları ikitərəfli əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmışdırlar.