Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | 2-ci Qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilmişdir
AAF77950A56E3D4C84235842FE4AA479
3727
single,single-post,postid-3727,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

2-ci Qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilmişdir

DSC_889005 noyabr 2014-cü il tarixdə Yüksək Texnologiyalar Parkında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (Fond) elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş layihələrin icrası və 2-ci qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Elçin Zeynalov Fondun fəaliyyəti haqqında məlumat verdi və gəncləri qrant müsabiqələrində fəal iştirak etməyə dəvət etdi.
Sonra Fondun icraçı direktorunun müavini Azər Bayramov çıxış etdi. A.Bayramov 1-ci qrant müsabiqəsi ilə bağlı statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı. 1-ci qrant müsabiqəsi çərçivəsində Fonda 194 layihə daxil olmuşdur. Layihələrin 95-i fiziki şəxs 99-u isə hüquqi şəxslər tərəfindən təqdim olunmuşdur. Fondun Müşahidə Şurası təqdim olunan layihələrdən 31 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etmişdir. Müsabiqəyə təqdim olunan layihələrin rəhbərlərinin 168-i kişi, 26-sı qadındır. Ən gənc layihə rəhbərinin yaşı 18, ən yaşlı layihə rəhbərinin yaşı isə 74-dür.
Daha sonra elan olunan 2-ci qrant müsabiqəsi barədə təqdimat oldu. 2-ci qrant müsabiqəsinin mövzusu innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması (tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) müəyyən edilmişdir. Daha sonra layihələrin qəbulu ilə bağlı prosedur haqqında danışıldı. Qrant müsabiqəsində layihələr yalnız Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn təqdim edilə biləcəyi qeyd edildi.
Çıxış edənlərdən Yüksək Texnologiyalar Parkının direktorunun müavini Cabbar Musayev YTP-nin fəaliyyəti haqqında iştirakçıları məlumatlandırdı. Həmçinin, Fond tərəfindən maliyyələşdirilən layihələrə YTP-də yaradılmış şərait haqqında məlumat verdi.
Daha sonra 1-ci qrant müsabiqəsinin qaliblərindən olan “Buta CMS”, “Hipassenger” və “Socset” layihələrinin təqdimatları keçirilib.
Tədbirin sonunda isə A.Bayramov qrant müsabiqələri ilə bağlı verilən sualları cavablandırdı.
Qeyd edək ki, 2-ci qrant müsabiqəsində iştirak etmək üçün layihələrin qəbulu 15 noyabr 2014-cü il tarixədək davam edəcəkdir. Fond qrant müsabiqəsi ilə bağlı məlumat sessiyaları təşkil edir. Maraqlananlar İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna (Bakı ş. İnşaatçılar prospekti 4, Azərbaycan) bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək gələ bilərlər.
 

 


Print Friendly