Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fond Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi Biznes forumda
AAF77950A56E3D4C84235842FE4AA479
3743
single,single-post,postid-3743,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fond Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi Biznes forumda

England, UK . 5.11.2014. London . The European Azerbaijan Society ( TEAS ) Business Forum. Licensed for editorial & PR use by TEAS, all other rights reserved.5 noyabr 2014-cü il tarixdə Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə ənənəvi biznes forum keçirilib.
Forumda müxtəlif ölkələrdən dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən AAC-ın biznes əlaqələndiricisi Venesa Rain Azərbaycanın müasir tələblərə cavab verən infrastruktura malik olduğunu qeyd edib və ölkəmizin son illərdəki iqtisadi inkişafdan, insanların həyat səviyyəsinin yüksəlməsindən, dövlət-özəl sektor əməkdaşlığının güclənməsindən danışıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkəmiz siyasi və iqtisadi sabitliyini qorumağı bacarıb.
AAC-ın sədri Tale Heydərov çıxış edərək bildirid ki, forumun əsas məqsədi hər iki ölkədə biznes imkanları barədə məlumat vermək, şirkətlər arasında ilkin təmaslar qurmaq, konkret biznes layihələri və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparmaqdır. O, forumun Böyük Britaniya və Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinə daha geniş müstəvidə baxılmasına, bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinə və yeni layihələrin planlaşdırılmasına zəmin yaradacağına əmin olduğunu diqqətə çatdırıb.
Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbi Azərbaycanın daha da inkişaf etməsi üçün yetərli potensial olduğunu vurğulayıb. Avropa Xarici Fəaliyyət Xidmətinin(EEAS) nümayəndəsi Dirk Schuebel Avropa və Azərbaycan arasındakı münasibətlərin inkişafından bəhs edərək forum iştirakçılarına bununla bağlı statistik məlumatlar çatdırıb, Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olduğunu bildirib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin inkişaf tarixinə nəzər salaraq qısa vaxt ərzində qazanılan böyük uğurlar barədə məlumat verib. Səfir qeyd edib ki, Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru – kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, turizm və digər sahələrdə də artım müşahidə olunur, inflyasiya azalır, iqtisadiyyata yatırılan investisiyanın həcmi artır.
Forum çərçivəsində İnformasiya Texnologiyaların İnkişadı Dövlət Fondunun icraçı direktorunun müavini Orxan Əliyev çıxış etmişdir. Çıxışında Orxan Əliyev biliklərə və elmə əsaslanan Azərbaycan iqtisadiyyatında informasiya texnologiyalarının mühüm rolu haqqında danışıb. Ölkə rəhbərliyi tərəfindən növbəti on ildə qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması, İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi məqsədi qarşıya qoyulduğunu vurğulayan Orxan Əliyev, qeyd olunan hədəflərə çatmaq vasitələrindən biri kimi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaranmasını qeyd etdi. Daha sonra fondun yaranmasının əsas məqsədləri, fəaliyyəti və İKT sahəsində fəalliyyət göstərilən sahibkarlara təklif olunan güzəştli kreditlər haqqında məlumat vermişdir. Çıxışın sonunda fondun rəsmisi xarici iş adamlarını birgə investisiya imkanlarından yararlanmağa dəvət etmişdir.

 


Print Friendly