Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun nümayəndələri “CeBİT-2015” beynəlxalq telekommunikasiya sərgisində iştirak ediblər
AAF77950A56E3D4C84235842FE4AA479
3842
single,single-post,postid-3842,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun nümayəndələri “CeBİT-2015” beynəlxalq telekommunikasiya sərgisində iştirak ediblər

116-20 mart 2015-ci il tarixdə Almaniyanın Hannover şəhərində ənənəvi “CeBİT-2015” beynəlxalq telekommunikasiya sərgisi keçirilib. Sərgidə Azərbaycan milli pavilyonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı digər dövlət qurumları və İKT sahəsində fəaliyyət göstərən 15 şirkət təmsil edilmişdir.

Qeyd edək ki, bu il keçirilən 30-cu beynəlxalq telekommunikasiya sərgisində 70 ölkədən 3300 şirkət və təşkilat iştirak etmişdir.
Sərgi iştirakçıları arasında Azərbaycan pavilyonuna xüsusi maraq göstərilib. Regional Data mərkəz layihəsi və digər nümayiş olunan layihələr böyük marağa səbəb olmuşdur.
Sərginin açılış mərasimində Almaniyanın Federal kansleri Angela Merkel, Çin Xalq Respublikası Dövlət Şurası baş nazirinin müavini Ma Kay və dünyanın ən iri İT şirkətlərinin rəhbərləri çıxış etmişlər.

Sərgi çərçivəsində Fondun icraçı direktorunun müavini Azər Bayramov Alibaba, Huawei, Samsung, Intel, Epson, Fujitsu, Cisco və digər tanınmış İT şirkətlərinin nümayəndələri ilə görüşərək perspektiv əməkdaşlıq üzrə fikir mübadiləsi aparmışdır.


Print Friendly