Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | İsmayıllı elektron turizm portalının təqdimatı keçirildi
AAF77950A56E3D4C84235842FE4AA479
3873
single,single-post,postid-3873,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

İsmayıllı elektron turizm portalının təqdimatı keçirildi

125 aprel 2015-ci il tarixdə İsmayıllı şəhərində “İsmayıllı elektron turizm portalı”nın (www.gotoismailli.az) təqdimatı keçirildi.
Təqdimatda Rayon İcra Hakimiyyətinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin məsul işçiləri və rayonda fəaliyyət göstərən QHT-lərin, ictimai birliklərin və turizm mərkəzlərinin nümayəndələri iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq qonaqları salamladı və layihə icraçılarına uğurlar arzuladı.
Fondun Layihələrlə iş sektorunun müdiri Əkbər Abbasov tədbirdə çıxış edərək, Fondun fəaliyyəti, icra olunan və görüləcək işlər və qrant müsabiqələri haqqında toplantı iştirakçılarına məlumat verdi.
Sonra isə layihə iştirakçıları tərəfindən portalın təqdimatı keçirildi. Bildirildi ki, yaradılan elektron portalda rayonun turizm potensialı əks etdirmək məqsədilə, rayonda olan turizm üçün əlverişli ərazilər, turizm obyektləri, tarixi və mədəniyyət abidələri, sənətkarlıq nümunələri və rayonda istehsal olunan məhsullar haqqında geniş məlumat yerləşdirilmişdir.
Həmçinin portal üzərindən İsmayıllı rayonunda istehsal olunan sənətkarlıq nümunələri və kənd təsərrüfatı məhsullarının onlayn satışının təşkil olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Qeyd edək ki, “İsmayılli elektron turzim portalı” layihəsi Fondun ayırdığı qrant vəsaiti hesabına həyata keçirilmişdir.


Print Friendly