Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | KOSGEB-in nümayəndələri ilə görüş keçirilmişdir
AAF77950A56E3D4C84235842FE4AA479
3882
single,single-post,postid-3882,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

KOSGEB-in nümayəndələri ilə görüş keçirilmişdir

12015-ci il 13 may tarixində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda Türkiyənin Kiçik və Orta Müəssisələri İnkişaf etdirmə və Dəstəkləmə İdarəsinin (KOSGEB) nümayəndə heyəti ilə görüş olmuşdur. Görüşdə Fondun icraçı direktoru Elçin Zeynalov Azərbaycanda informasiya texnologiyaları sahəsində həyata keçirilən dövlət siyasətini, əldə olunmuş nailiyyətlər, Fondun fəaliyyəti və məqsədləri barəsində geniş məlumat vermişdir. KOSGEB-in informasiya texnologiyaları sahəsində kiçik və orta sahibkarlığa dəstək üzrə böyük təcrübəyə malik olduğunu bildirən E.Zeynalov bu sahədə iki qurum arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd etmişdir.

KOSGEB-in sədr müavini Süleyman İslamoğlu isə Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə, xüsusən də informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Görüşdə həmçinin KOSGEB ilə Fond arasında əməkdaşlıq əlaqələrinin daha da geniş qurulmasının perspektivləri müzakirə olunmuşdur.


Print Friendly