Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Ukrayna Milli Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilmişdir
AAF77950A56E3D4C84235842FE4AA479
3889
single,single-post,postid-3889,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Ukrayna Milli Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilmişdir

2015-ci il 08 iyun tarixdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda Ukrayna Milli Texniki Universitetinin nümayəndələri, Universitetin nəzdində fəaliyyət göstərən “Davamlı təhsil və təlim” İnstitutunun direktoru İnna Malyukova və Elm Parkının baş direktoru Yaroslav Koloqrivov ilə görüş olmuşdur.

Ukraynalı qonaqlar rəhbərlik etdikləri qurumların həyata keçirdikləri layihələr, “Sikorsky Challendge” Biznes İnkubatoru və startaplar haqqında geniş təqdimatla çıxış etmişdirlər.
Fondun icraçı direktorunun müavini Azər Bayramov Azərbaycanda informasiya texnologiyaları sahəsində həyata keçirilən dövlət siyasətini, əldə olunmuş nailiyyətlər, Fondun fəaliyyəti və məqsədləri barəsində geniş məlumat vermişdir. O, həmçinin adı çəkilən qurumlar ilə əməkdaşlığın və təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Görüş zamanı Ukraynanın adı çəkilən qurumları ilə gələcək əməkdaşlıq məsələləri, xüsusilə də startap layihələrinin dəstəklənməsi istiqamətində müzakirələr aparılmışdır..

Görüşdə Yüksək Texnologiyalar Parkının və Azərbaycan Texniki Universitetinin nümayəndələri də iştirak etmişdirlər.


Print Friendly