Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir
AAF77950A56E3D4C84235842FE4AA479
3896
single,single-post,postid-3896,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

23 iyun 2015-ci il tarixdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. İclası açan Fondun Müşahidə Şurasının sədri, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə 2015-ci ilin 2-ci rübü ərzində Fondun fəaliyyəti ilə bağlı məsələlərə toxunmuş, gündəlikdə duran məsələlərdən danışmışdır. Daha sonra Fondun “Qrant müsabiqələrinin təşkili və keçirilməsi” Qaydalarına əlavələrin olunması müzakirə olunmuş və yekdilliklə qəbul olunmuşdur. Qeyd edək ki, “Qrant müsabiqələrinin təşkili və keçirilməsi” Qaydaları Fondun Müşahidə Şurasının 2013-cü il 10 oktyabr tarixli iclasının qərarı ilə təsdiq edilmișdir.

İclasda çıxış edən Fondun icraçı direktorunun müavini Azər Bayramov Fondun keçirdiyi 1-ci və 2-ci qrant müsabiqələri çərçivəsində maliyyə vəsaiti ayrılan layihələrin icra vəziyyəti barədə danışmışdır. A. Bayramov qeyd etmişdir ki, Fondun əsasnaməsinə uyğun olaraq Fond öz vəsaitlərindən istifadədə şəffaflığın təmin edilməsi məqsədi ilə hər il kənar audit keçirir. Bu məqsədlə Fond ilə “KPMG” Azerbaijan Limited şirkəti arasında kənar auditin keçirilməsinə dair müqavilə bağlanmışdır. Müşahidə Şurasının üzvlərinə adıçəkilən şirkət tərəfindən hazırlanan Fondun 2013-cü və 2014-cü il tarixlərinə olan auditin nəticələri haqqında məlumat verilmişdir.


Print Friendly