Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Nazir ilə “Startap” Azərbaycan yarışmasının iştirakçıları arasında görüş keçirilib
AAF77950A56E3D4C84235842FE4AA479
3900
single,single-post,postid-3900,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Nazir ilə “Startap” Azərbaycan yarışmasının iştirakçıları arasında görüş keçirilib

_DSC519803 iyul 2015-ci il tarixdə saat 11.00-dan 12.30-dək Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (Fond), “Startap Azərbaycan” yarışmasının qalibləri və iştirakçıları Rabitə və Yüksək Texnologiyalar naziri cənab Əli Abbasovla görüşmüşdürlər.

Qörüşün əsas məqsədi ölkədə Startap hərəkatının genişlənməsi və bu sahədə mövcud problemlər haqqında fikir mübadiləsi aparmaq olmuşdur. Tədbirdə həmçinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən startapçılar da iştirak etmişdirlər. Nazir Əli Abbasov İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrant şəklində maliyyə dəstəyinin həyata keçirilməsindən danışmışdır. Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrə göstərdiyi dəstək haqqında məlumat vermişdir. Tədbirdə Fondun elan etdiyi 1-ci və 2-ci qrant müsabiqələrinin qalibi olmuş layihələr barədə təqdimatlar keçirilmiş, Fond haqqında video təqdimat nümayiş olunmuşdur. Görüşün sonunda startap layihələr tərəfindən İKT sahəsində sahibkarlığın inkişafı üçün konkret təkliflər müzakirə olunmuş, təqdim olunmuş təkliflər ətrafında fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Fond innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması sahəsində qrant müsabiqələri keçirir. Belə ki, elan ediləcək növbəti qrant müsabiqəsində iştirak etmək istəyən şəxslər Fondun rəsmi internet səhifəsində yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn qeydiyyatdan keçərək öz layihələrini təqdim edə bilərlər.


Print Friendly