Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Qazaxıstanın “Zerde” Milli İnfokommunikasiya Holdinqinin rəhbəri ilə görüş keçirilmişdir
AAF77950A56E3D4C84235842FE4AA479
3941
single,single-post,postid-3941,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Qazaxıstanın “Zerde” Milli İnfokommunikasiya Holdinqinin rəhbəri ilə görüş keçirilmişdir

Zerde2015-ci il 01 sentyabr tarixdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda Qazaxıstanın “Zerde” Milli İnfokommunikasiya Holdinqinin idarə heyətinin sədri Bikeş Kurmanqaliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. Qazaxıstanlı qonaqlar təmsil etdikləri qurumun həyata keçirdikləri layihələr və gördükləri işlər haqqında geniş təqdimatla çıxış etmişdirlər. Fondun icraçı direktorunun müavini Azər Bayramov Azərbaycanda informasiya texnologiyaları sahəsində həyata keçirilən dövlət siyasətini, əldə olunmuş nailiyyətlər, Fondun fəaliyyəti və məqsədləri barəsində geniş məlumat vermişdir. O, həmçinin adı çəkilən qurum ilə əməkdaşlığın və təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Görüş zamanı Qazaxıstanın adı çəkilən qurumu ilə gələcək əməkdaşlıq məsələləri, xüsusilə də startap layihələrinin dəstəklənməsi istiqamətində müzakirələr aparılmışdır. Qeydedək ki, “Zerde” Milli İnfokommunikasiya Holdinqi Qazaxıstanda müasir infokommunikasiya texnologiyalarının inkişafı məqsədi ilə yaradılmış ən böyük dövlət şirkətlərindəndir.


Print Friendly