Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun Müşahidə Şurası 3-cü qrant müsabiqəsinin elan olunma tarixi barədə qərar qəbul etdi
AAF77950A56E3D4C84235842FE4AA479
3954
single,single-post,postid-3954,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun Müşahidə Şurası 3-cü qrant müsabiqəsinin elan olunma tarixi barədə qərar qəbul etdi

22 sentyabr 2015-ci il tarixdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilmiş tədbirdə “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi qaydaları”na təklif olunan dəyişikliklər müzakirə edilmiş, Fondun elan etdiyi 1-ci qrant müsabiqəsində qalib gəlmiş layilərin yekunları barədə təqdimatlar keçirilmişdir.

Həmçinin, Fondun Müşahidə Şurası 3-cü qrant müsabiqəsinin elan olunma tarixi və mövzusu barədə qərar qəbul etmişdir. 3-cü qrant müsabiqəsində innovativ və tətbiqi elmi-texniki İKT layihələri aşağıdakı prioritet istiqamətləri üzrə təqdim oluna bilər:

1. Mütərəqqi proqram təminatının hazırlanması;
2. İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
3. İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;
4. Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;
5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

Qeyd edək ki, 3-cü qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu 2 oktyabr 2015-ci il tarixdən 2 noyabr 2015-ci il tarixədək davam edəcəkdir.


Print Friendly