Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Azərbaycan Dövlət Neft və Sənaye Universitetində məlumat sessiyası keçirilmişdir
AAF77950A56E3D4C84235842FE4AA479
3997
single,single-post,postid-3997,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində məlumat sessiyası keçirilmişdir

_DSC1141
29 oktyabr 2015-ci il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsi ilə bağlı məlumat sessiyası keçirilmişdir.

Tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı çıxış edərək Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində mühüm addımların atıldığını vurğulayaraq İTİDF-nin yaradılmasının buna bariz nümunə olduğunu söyləyib. Adıçəkilən fondun İKT üzrə olan dövlət maraqlarını və prioritetlərini həyata keçirdiyini qeyd edən rektor onun gənclər üçün böyük imkanlar yaratdığını önə çəkib. İTİDF-nin İKT-yə əsaslanan ideyaların maliyyələşdirilməsinə və onun fonunda müəssisələrin yaradılmasına çalışdığını, bu sahəyə sərmayələrin qoyulmasını və dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirlərinin yüksəlməsini təmin etmək istiqamətində fəaliyyət göstərdiyini qeyd etmişdir.

Daha sonra Fondun icraçı direktoru Elçin Zeynalov Fondun fəaliyyəti barəsində geniş məlumat vermişdir. Hazırkı durumda dünyada yeni bir biznes sahəsini kəşf etməyin çox çətin olduğunu vurğulayan icraçı direktor qeyd edib ki, Azərbaycan dövləti gəncləri bu istiqamətdə çətinlik çəkmədən, öz ideyalarını reallaşdırmaq üçün həm lazımi mühitlə, həm də lazımi vəsaitlə təmin edir. Çox az ölkələrdə dövlətin belə imkanlar yaratdığını vurğulayan E.Zeynalov gəncləri İT ideyalarla çıxış etməyə və Fondun keçirdiyi müsabiqələrə qoşulmağa çağırmışdır.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.


Print Friendly