Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun Müşahidə Şurası 3-ci qrant müsabiqəsinin qaliblərini müəyyən etdi
AAF77950A56E3D4C84235842FE4AA479
4104
single,single-post,postid-4104,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun Müşahidə Şurası 3-ci qrant müsabiqəsinin qaliblərini müəyyən etdi

29 yanvar 2016-cı il tarixdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən tədbirdə Fondun 2015-ci il ərzində fəaliyyəti barədə məlumat verilib və 2016-cı il üzrə nəzərdə tutulan işlərin müzakirəsi aparılıb.
 
İclasda Fondun elan etdiyi 3-cü qrant müsabiqəsinin qalibləri müəyyən edilib. 3-cü qrant müsabiqəsi çərçivəsində Fonda təqdim olunan 138 layihədən 103 layihə ilkin ekspertizadan, 42 layihə isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına baxılması üçün təqdim edilib. Müşahidə Şurası 14 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib

 

Layihənin adı Ayrılmış qrant məbləği, manat
1 Operation Caucasus 15 000
2 Antilose 12 000
3 PERCORN HRM 15 000
4 RobiGuide 12 000
5 İnternetde Azərbaycan tur operatorlarının dünya GDC vasitəsi ilə aviabiletlərin onlayn alış-satışı üçün prosessinq mərkəzinin proqram təminatının yaradılması 14 000
6 MobChannel 12 000
7 Sumaks 12 000
8 Events.az 10 000
9 Spinal 14 000
10 Braille Pad 15 000
11 Onlayn proqlaşdırma akademiyası 15 000
12 Medianet.az 10 000
13 Bridgeneer 15 000
14 SmartSinif 15 000

 

Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 14 layihəyə ümumilikdə 183 000 AZN qrant vəsaiti ayrılıb.
 
Məlumat üçün bildirək ki, Fondun elan etdiyi 1-ci qrant müsabiqəsində qalib olmuş 25 layihənin icrası başa çatdırılıb. Bunlardan 12 layihə kommersiyalaşdırılıb və biznes kimi inkişaf etmək perspektivi qazanıb. 2-ci qrant müsabiqəsində isə qalib olmuş 23 layihənin icrası davam etməkdədir.
 
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, startap layihələrini dəstəkləmək, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərməkdən ibarətdir.
 


Print Friendly