Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun qalib startaplarından ikisi “MAG” verilişinin qonağı olub
AAF77950A56E3D4C84235842FE4AA479
4173
single,single-post,postid-4173,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun qalib startaplarından ikisi “MAG” verilişinin qonağı olub

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 3-cü qrant müsabiqəsinin bir neçə qalibi “MAG” verilişinin qonağı olub.
Fondun layihələrlə iş sektorunun müdiri Əkbər Abbasov Fondun fəaliyyəti və keçirdiyi qrant müsabiqələri haqqında geniş məlumat vermişdir.
Verilişdə “Operation Caucasus” və “Sumaks” startaplarının nümayəndələri layihələri haqqında ətraflı məlumat vermişdirlər.
“Operation Caucasus” layihəsinin məqsədi kəşfiyyat işlərinin təşkili, şərti düşmənin əsas bazalarının zərərsizləşdirilməsi, öz təhlükəsizliyinin təmin edilməsi, az güllə sərf etməklə sərrast atəşlə düşmən obyektini məhv etmək vərdişlərinə yiyələnməsi məqsədi ilə bir neçə şəxsin eyni anda oynaya biləcəyi video oyunun yaradılmasıdır.
“Sumaks” layihəsi isə qarşıya server infrastrukturu və cihazlar vasitəsi ilə avtomobillərin təhlükəsizliyi, nəzarəti, idarə edilməsi və komfort sistemlərinin tam yerli istehsalını gerçəkləşdirmək məqsədi qoymuşdur.

 

 


Print Friendly