Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun fəaliyyəti “Açıq Dərs” verilişində müzakirə olundu
AAF77950A56E3D4C84235842FE4AA479
4194
single,single-post,postid-4194,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun fəaliyyəti “Açıq Dərs” verilişində müzakirə olundu

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əməkdaşları İctimai Televiziyada yayımlanan “Açıq Dərs” verilişinin qonaqları olublar. “İnnovativ ideyaların kommersiyalaşdırılması” mövzusuna həsr olunan verilişdə çıxış edən Fondun icraçı direktorunun müavini Orxan Əliyev Fondun fəaliyyəti və maliyyə mexanizmləri haqqında geniş məlumat vermişdir.
Verilişdə innovativ iqtisadiyyatın və intellektual biznesin inkişafı məqsədi ilə elm-təhsil-biznes arasındakı əlaqələrin genişləndirilməsi, innovativ sahibkarlıq fəaliyyəti, intellektual biznes və startapçıların təşəbbüslərinin dəstəklənməsi məsələləri müzakirə olunmuşdur.
Verilişdə həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru – Elçin Ağakişiyev, Memarlıq və İnşaat Universitetinin Biznes İnkubatorunun direktoru – Ülkər Səttarova, Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes İnkubatorunun direktoru – Mircavid Həsənov, Fondun keçirdiyi qrant müsabiqələrində qalib gələn startapçılar və tələbələr iştirak etmişdirlər.

 


Print Friendly