Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun nümayəndəsi “Startap Azərbaycan” müsabiqəsinin Gəncədə təşkil olunmuş toplantısında iştirak edib
AAF77950A56E3D4C84235842FE4AA479
4464
single,single-post,postid-4464,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun nümayəndəsi “Startap Azərbaycan” müsabiqəsinin Gəncədə təşkil olunmuş toplantısında iştirak edib


16 mart 2016-ci il tarixdə Gəncə şəhərində “Startup Azərbaycan” layihəsi çərçivəsində proqramçıların və digər İT mütəxəssislərin, ekspertlərin, startapçıların toplantısı keçirilib. Tədbirə həmçinin Gəncədə fəaliyyət göstərən üç ali məktəbin (Gəncə Dövlət Universiteti, Gəncə Aqrar Universiteti və Azərbaycan Texnologiyalar Universiteti) tələbələri də qatılıb.
“Startup Azərbaycan” Təşkilat Komitəsinin üzvü, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi və “Startap Azərbaycan” layihəsinin əsas məqsədləri, layihə çərçivəsində hazırda davam edən müsabiqə qaydaları, müsabiqədəki yeni nominasiyalar haqqında, həmçinin “Startup Azərbaycan” çərçivəsində startapçılar üçün keçiriləcək tədbirlər və təlimlərlə bağlı məlumatlar verib.
Tədbirdə Fondun layihələrlə iş sektorunun müdiri Əkbər Abbasov çıxış edərək Fondun maliyyələşdirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında məlumat vermiş və tələbələrin Fondun fəaliyyəti ilə bağlı suallarını cavablandırmışdı.
Toplantı iştirakçılar arasında maraqlı diskussiyalarla davam etdirilmişdir.

 


Print Friendly