Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun nümayəndəsi “Startap Azərbaycan” müsabiqəsinin Lənkəranda təşkil olunmuş toplantısında iştirak edib
AAF77950A56E3D4C84235842FE4AA479
5069
single,single-post,postid-5069,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun nümayəndəsi “Startap Azərbaycan” müsabiqəsinin Lənkəranda təşkil olunmuş toplantısında iştirak edib

Lenkeran

12 may 2016-cı il tarixdə Lənkəran şəhərində “Startup Azərbaycan” layihəsi çərçivəsində proqramçıların, İT mütəxəssislərin, ekspertlərin, startapçıların toplantısı keçirilib.
Lənkəran Dövlət Universitetində baş tutan görüşdə “Startup Azərbaycan” Təşkilat Komitəsinin üzvü, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi və “Startap Azərbaycan” layihəsinin əsas məqsədləri, layihə çərçivəsində hazırda davam edən müsabiqə qaydaları, müsabiqədəki yeni nominasiyalar haqqında, həmçinin “Startup Azərbaycan” çərçivəsində startapçılar üçün keçiriləcək tədbirlər və təlimlərlə bağlı məlumatlar verib.
Tədbirdə Fondun Sahibkarlığın inkişafı sektorunun əməkdaşı Emin Baxşəliyev çıxış edərək Fondun maliyyələşdirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında məlumat vermiş və tələbələrin Fondun fəaliyyəti ilə bağlı suallarını cavablandırmışdı.
Toplantı iştirakçılar arasında maraqlı diskussiyalarla davam etdirilmişdir.


Print Friendly