Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib
AAF77950A56E3D4C84235842FE4AA479
5078
single,single-post,postid-5078,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib

21 iyun 2016-cı il tarixdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda “Qrant müsabiqələrinin təşkili və keçirilməsi” Qaydalarına, qrant müsabiqələri çərçivəsində layihələrin qiymətləndirilməsi meyarlarına dəyişikliklər, növbəti qrant müsabiqəsinin təşkili və cari məsələlər müzakirə edilib.
İclasın gündəliyinə daxil olan istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb və qərarlar qəbul edilib.
Fondun Müşahidə Şurasının sədri, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə yeni qrant müsabiqəsinə innovativ və maraqlı layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu bildirib.
İclasda növbəti qrant müsabiqəsi ilə bağlı nəzərdə tutulan yeniliklər də açıqlanıb.
Qeyd edilib ki, yeni müsabiqəyə üç istiqamət üzrə – E-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması; innovativ İKT məhsulları nümunələrinin hazırlanması; innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması üzrə aparılması nəzərdə tutulur.
İclasda yeni qrant müsabiqəsinin 1 iyul 2016-cı il tarixdən elan edilməsi və layihələrin qəbul müddətinin iki ay müəyyənləşdirilməsi qərara alınıb.


Print Friendly