Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | QRANT MÜSABİQƏSİNİN ELANI
AAF77950A56E3D4C84235842FE4AA479
5109
single,single-post,postid-5109,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

QRANT MÜSABİQƏSİNİN ELANI

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə aşağıdakı prioritet istiqamətlər üzrə kiçikhəcmli qrant müsabiqəsi elan edir:
1. E-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması;
2. İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
3. İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması.

Müsabiqədə iştirak:
Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan layihələrə dair tələblər:
1. Hər bir layihə Fond tərəfindən müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olmalıdır;
2. Layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalıdır;
3. Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır;
4. Layihə rəhbəri cari müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak edə bilər.

Layihələrin qəbul qaydaları:
Layihələr yalnız Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) e-qrant bölməsi vasitəsilə elektron formada təqdim edilə bilər.

Qiymətləndirmə meyarları:
1. Layihənin məqsəd və vəzifəsinin aydınlığı;
2. Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə;
3. Layihənin kommersiyalaşdırılma potensialı;
4. Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması;
5. Layihənin innovasiya yönümlü olması və aktuallığı;
6. Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı;
7. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı;
8. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması;
9. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi;
10. Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti;
11. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü;
12. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

Müsabiqənin müddəti:
Layihələrin qəbulu 1 iyul 2016-cı il tarixdən başlayır və 1 sentyabr 2016-cı il tarixdə başa çatır.

Layihələrin qəbulu üçün son tarix: 1 sentyabr 2016-cı il, saat 18:00.


Print Friendly