Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun elan etdiyi növbəti qrant müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin ekspertizası barədə
AAF77950A56E3D4C84235842FE4AA479
5116
single,single-post,postid-5116,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun elan etdiyi növbəti qrant müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin ekspertizası barədə

PRESS RELİZ

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin ekspertizası başa çatdırılmışdır. Müsabiqəyə təqdim olunmuş 121 layihədən 112-si ilkin ekspertiza mərhələsini uğurla keçmişdir. Növbəti mərhələyə keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçiriləcəkdir.
Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcəkdir.

Müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə aparılmışdır:

1. e-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması;

2. innovativ İKT məhsulları nümunələrinin hazırlanması;

3. innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması istiqamətləri üzrə layihələrin qəbulu.


Print Friendly