Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | “İnformasiya Texnologiyaları və İnnovativ Enerji Səmərəliyi”
AAF77950A56E3D4C84235842FE4AA479
5135
single,single-post,postid-5135,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

“İnformasiya Texnologiyaları və İnnovativ Enerji Səmərəliyi”

Bakıda “Azərbaycanda Enerji effektivliyi və İnnovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd energetikanın cari vəziyyəti, gələcək inkişafı, ətraf mühitin mühafizəsi problemlərinin müzakirəsi, Azərbaycan və Avropa İttifaqı ölkələrinin təcrübələrinin ümumiləşdirilməsi, bu sahədə innovasiyanın rolu, enerji effektivliyinin yüksəldilməsi və xarici mühitin idarə olunmasının optimallaşdırılmasına yönəldilmiş “Innover – East” layihəsinin reallaşdırılmasında Şərqi Avropa Partnyorluğu ölkələrinin təcrübələrinin ümumiləşdirilməsi olub.

Konfransda müvafiq dövlət orqanlarının, elmi-tədqiqat institutlarının, biznes və qeyri-hökumət təşkilatlarının və eləcə də “Innover – East” layihəsinin nümayəndələri iştirak ediblər.

Konfransda iştirak edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov “İnformasiya Texnologiyaları və İnnovativ Enerji Səmərəliyi” mövzusunda məruzə ilə çıxış edib.

E.Zeynalov Fondun fəaliyyəti, İKT sahəsində sahibkarlığın stimullaşdırılması ilə bağlı icra olunan və görüləcək işlər, elmi-texniki nailiyyətlərin kommersiyalaşdırılması haqqında məlumat verib.


Print Friendly