Fondun elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulmuşdur
18 / 10 / 2016Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1 iyul 2016-cı il tarixində elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulmuşdur.
Kompleks ekspertizaya təqdim olunmuş 112 layihədən 61-i müsbət rəy almışdır.
Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcəkdir. Şuranın növbəti iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, müsabiqə çərçivəsində Fonda 121 layihə təqdim edilmişdir.