Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun elan etdiyi növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdi
AAF77950A56E3D4C84235842FE4AA479
5164
single,single-post,postid-5164,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun elan etdiyi növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda 1 iyul 2016-cı il tarixində elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış layihələrlə bağlı yekun qərar verilib.

Elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsinə ümumilikdə 121 layihə təqdim olunub.

Bu layihələrdən 112-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertizaya təqdim olunan 112 layihədən isə 61-i müsbət rəy alıb.

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 61 layihədən sonda 29 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.

Beləliklə, qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğlərini təqdim edirik.
Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 29 layihəyə ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb.

 

Qalib gəlmiş layihələrin siyahısı burada

 


Print Friendly