Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun elan etdiyi qrant müsabiqəsi ilə əlaqədar Azərbaycan Turizm və Menecment Universitetində infosessiya keçirilib
AAF77950A56E3D4C84235842FE4AA479
5326
single,single-post,postid-5326,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun elan etdiyi qrant müsabiqəsi ilə əlaqədar Azərbaycan Turizm və Menecment Universitetində infosessiya keçirilib

DSC_9723

06 iyun 2017-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə həsr olunmuş infosessiya keçirilib.

Tədbirdə Azərbaycan Turizm və Menecmet Universitetinin rektor əvəzi Eldar Aslanov açılış nitqi ilə çıxış edərək universitet haqqında məlumat verib və digər sahələrdə olduğu kimi turizm sektorunun da inkişafının informasiya texnologiyalarsız mümkün olmadığını bildirib. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov fondun məqsədləri, fəaliyyət istiqamətləri və startap layihələrinə dəstək mexanizmləri haqqında geniş məlumat verib.

Daha sonra fondun əməkdaşları tərəfindən cari qrant müsabiqəsinin şərtləri və seçim prosesi barədə məlumat verilib və tələbələrin Fondun fəaliyyəti ilə bağlı sualları cavablandırılıb. Tədbir iştirakçılar arasında maraqlı diskussiyalarla davam etdirilib.

Məlumat üçün bildirək ki, Fondun bu günə qədər keçirdiyi 4 qrant müsabiqəsinə təqdim olunmuş 582 innovativ və tətbiqi elmi-texniki layihədən 91-ə qrant ayrılıb. Cari qrant müsabiqəsinə layihələrin qəbulu 10 aprel 2017-ci il tarixdən başlayıb və 9 iyun 2017-ci il tarixdə saat 18.00-da başa çatır. Qrant müsabiqələrinə layihələrin qəbulu fondun rəsmi internet saytındakı e-qrant bölməsindən təqdim oluna bilər.

 


Print Friendly