Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondda “İnnovativ Sahibkarlıq” mövzusunda təlim keçirilir
AAF77950A56E3D4C84235842FE4AA479
5364
single,single-post,postid-5364,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondda “İnnovativ Sahibkarlıq” mövzusunda təlim keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə Türkiyə Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatı (KOSGEB) əməkdaşlığı çərçivəsində 14-15 dekabr 2017-ci il tarixində “İnnovativ sahibkarlıq” mövzusunda təlim keçiriləcəkdir.

Təlimdə startap rəhbərləri, gənc sahibkarlar və tələbələrin iştirakı nəzərdə tutulur. Təlimin əsas məqsədi yerli startapçılarda innovativ sahibkarlıq ənənəsinin formalaşdırılması və bu sahədə biliklərin artırılmasıdır. Seminarda “tədqiqat və inkişaf”, “innovasiya və sənaye tətbiqinə dəstək proqramları”, “əsas sahibkarlq konsepsiyası”, “bazarın araşdırılması”, “biznesin növləri və funksiyaları” və digər mövzular müzakirə olunacaqdır.

Qeyd edək ki, KOSGEB Türkiyə Respublikasında iqtisadı və sosial ehtiyacların qarşılanmasında kiçik və orta ölçülü müəssisələrin payını və təsirini artırmaq, həmçinin rəqabət gücünü yüksəltmək məqsədilə 1990-cı ildə yaradılmışdır. Adı çəkilən qurum kiçik və orta ölçülü sahibkarlara dəstəyini birbaşa maliyyə yardımların edilməsi, güzəştli kreditlərin verilməsi, məsləhət xidmətlərinin göstərilməsi, xarici bazarlara çıxışa yardım edilməsi və bu kimi digər vasitələrlə həyata keçirir.

 

 


Print Friendly