Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | BMT-nin “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”na Azərbaycan sədrlik edəcək
AAF77950A56E3D4C84235842FE4AA479
5469
single,single-post,postid-5469,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

BMT-nin “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”na Azərbaycan sədrlik edəcək

Cari ilin 18-20 aprel tarixində Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”nun iclası keçirilir.

Ekspert qrupunun iclasında inkişaf etməkdə olan ölkələrdə yerli platformaların ölkədaxili və transsərhəd elektron ticarət üçün uyğunlaşdırılması, kiçik və orta sahibkarların elektron ticarət sahəsində fəaliyyətlərinin dəstəklənməsi, inkişaf etməkdə olan ölkələrin beynəlxalq elektron ticarət platformaları ilə bağlı üzləşdiyi çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları kimi mövzular müzakirə edilir.

İclasda hökumətlərarası ekspert qrupunun sədri və sədr müavini vəzifələrinə seçkilər keçirilib.

100-dən artıq ölkənin nümayəndəsinin iştirakı ilə açıq səsvermə yolu ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov qrupun sədri vəzifəsinə seçilib. Sədrlik dövrünün icrası 1 illik müddəti əhatə edir.

Azərbaycan bu mötəbər tədbirdə ötən ildən təmsil olunur. Hökumətlərarası ekspert qrupunun işində 100-dən artıq ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, “Alibaba Group”, “Google”, “eBay” kimi qlobal şirkətlərin və bir sıra regional İT şirkətlərin rəhbər şəxsləri xüsusi qonaq qismində iştirak edir.

“Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”nun iclasının yekununda qəbul ediləcək xususi tövsiyələri əks etdirən sənəd BMT-nin Baş Assambleyasına təqdim olunacaq.

Eyni zamanda, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən “Elektron Ticarət Həftəsi” də keçirilir. “Rəqəmsal platformaların inkişaf ölçüləri” mövzusuna həsr olunmuş tədbirdə belə platformaların yaratdığı imkanlar və əsas çətinliklər müzakirə ediləcək və inkişaf etməkdə olan ölkələr üçün maksimum fayda təmin etmək məqsədilə konkret təkliflər irəli sürüləcəkdir.

 


Print Friendly