Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun nümayəndələri startap layihələrinin dəstəklənməsi ilə bağlı tədbirdə iştirak ediblər
AAF77950A56E3D4C84235842FE4AA479
5532
single,single-post,postid-5532,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   

Fondun nümayəndələri startap layihələrinin dəstəklənməsi ilə bağlı tədbirdə iştirak ediblər

13 noyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndələri dövlət orqanlarının və ali təhsil müəssisələrinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorların və startapçıların iştirakı ilə startap layihələrinin dəstəklənməsi ilə bağlı tədbirdə iştirak ediblər.

Fondun icraçı direktorunun vəzifəsini icra edən Azər Bayramov Fondun innovativ layihələrin dəstəklənməsi ilə bağlı fəaliyyət istiqamətlərindən habelə Fondun maliyyələşdirdiyi startap layihələri barədə məlumat verib. Həmçinin, A.Bayramov öz çıxışında innovativ biznesin inkişafı üçün təhsil-biznes-dövlət əməkdaşlığının əhəmiyyətini qeyd etmişdir.

Tədbir çərçivəsində startapçıların layihələrinin dəstəklənməsi, bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

 


Print Friendly