Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
AAF77950A56E3D4C84235842FE4AA479
5550
single,single-post,postid-5550,single-format-standard,ajax_fade,page_not_loaded,,boxed
   
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Belçikanın paytaxtı Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısı keçirilib. Avropa İttifaqının üzv dövlətləri və Şərq Tərəfdaşlığı ölkələrinin təmsil olunduğu tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Tibb Universitetinin nümayəndələri iştirak ediblər.

Toplantıda 2018-ci il üzrə fəaliyyətin müzakirəsi, Şərq Tərəfdaşlığı Proqramı üzrə həyata keçirilən işlər, Avropa İttifaqının İnnovasiya siyasəti, Şərq Tərəfdaşlığında Tədqiqat və İnnovasiyaların dəstəklənməsi, Avropa Tədqiqat Şurası, Avropa İnnovasiya Şurası, “HORİZON 2020”-nin Kiçik və Orta Müəssisələrin (SME) inkişafına dəstək alətləri, Şərq Tərəfdaşlığının Tədqiqat və İnnovasiya üçün digər dəstək imkanları üzrə fikir mübadiləsi aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov “Azərbaycanda innovasiya ekosisteminin qurulması” mövzusunda məruzə ilə çıxış edərək, ölkəmizdə innovasiya sahəsində görülən işlər barədə geniş məlumat verib

Print Friendly