Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Fondun məqsədi və əsas vəzifələri
AAF77950A56E3D4C84235842FE4AA479
1380
page,page-id-1380,page-template-default,ajax_fade,page_not_loaded,,boxed

Fondun məqsədi və əsas vəzifələri

   

Fondun məqsədi Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən, habelə İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək və birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir.

Fondun başlıca vəzifələri 
  • Fondun vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək; İKT sahəsində istehsalyönümlü fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsi məqsədi ilə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsini təşkil etmək;
  • İKT sahəsində ixracyönümlü layihələri araşdırmaq, onların iqtisadi səmərəliliyini qiymətləndirmək, innovasiyayönümlü layihələri inkişaf etdirmək, maliyyə dəstəyi göstərmək və xarici investisiyalar cəlb etmək;
  • İKT sahəsində fəaliyyət göstərən yerli hüquqi şəxslərin xarici bazarlarda fəaliyyətinin gücləndirilməsini təmin etmək məqsədi ilə layihələrin maliyyələşdirilməsi üçün investisiyaları cəlb etmək;
  • İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi məqsədi ilə vençur maliyyələşməsini həyata keçirmək;
  • İKT sahəsində fəaliyyət göstərən perspektivli və inkişaf etməkdə olan kiçik və orta sahibkarlıq subyektləri üçün müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə Fondun vəsaiti hesabına güzəştli maliyyə resurslarından istifadə imkanını genişləndirmək;
  • Yerli və xarici investisiyaların cəlb olunmasına təkan vermək məqsədi ilə Azərbaycan Respublikasında İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalında payçı qismində iştirak etmək;
  • İKT sahəsində fəaliyyət göstərən yerli və xarici hüquqi şəxslər arasında istehsal və texnoloji əməkdaşlığın təmin edilməsi üçün investisiyalar cəlb etmək və texnoloji transferin reallaşmasına təkan vermək;
  • Ölkə iqtisadiyyatının İKT sahəsinə investisiyaların cəlb edilməsi məqsədi ilə investisiya mühitinin təhlil edilməsinə və onun təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması məqsədi ilə qanunvericiliklə müəyyən olunmuş qaydada danışıqlar aparmaq və təkliflər vermək;
  • İKT sahəsində yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, innovasiyaların təşviqi və stimullaşdırılma üzrə layihələri investisiya ilə təmin etmək;
  • İKT sahəsində sahibkarlığın stimullaşdırılması və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədi ilə tədbirlər həyata keçirmək;
  • İKT-nin gələcək inkişafını təmin etmək məqsədi ilə müvafiq sahə üzrə texnoparkların, biznes-inkubatorların və digər innovativ infrastruktur vahidlərinin yaradılmasını və inkişafını maliyyələşdirmək;
  • Müsabiqə əsasında İKT sahəsi üzrə ixtisaslaşmış kiçik sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək innovativ və tətbiqi elmi-texniki layihələri (startap layihələri) seçmək;
  • Müsabiqə əsasında seçilmiş layihələrin qrant şəklində maliyyələşdirilməsini həyata keçirmək və bu layihələrin İKT sahəsinin aşağıdakı fəaliyyət istiqamətləri üzrə ixtisaslaşmasını təmin etmək:
    1. mütərəqqi proqram təminatının hazırlanması layihələri;
    2. innovativ İKT məhsulları nümunələrinin hazırlanması layihələri;
    3. innovativ infrastrukturun inkişafı layihələri, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması layihələri;
    4. müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması layihələri;
    5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı layihələri;
  • Fondun vəsaiti hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;
  • İKT-nin inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;
  • Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri, müsabiqə şərtlərini və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;
  • İKT sahəsində sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində, bazar infrastrukturunun formalaşmasında iştirak etmək;
  • Fond tərəfindən ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət etmək, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, maliyyələşdirilmənin dayandırılması və ayrılmış vəsaitin geri qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər həyata keçirmək;
  • Fondun fəaliyyəti ilə bilavasitə əlaqədar olan konfrans, seminar, sərgi və digər bu kimi beynəlxalq və yerli tədbirləri təşkil etmək və onlarda iştirak etmək;
  • İKT sahəsində yeni ideya və innovasiya subyektləri ilə sahibkarlar arasında əlaqələndirici rolunda çıxış etmək və bu məqsədlə sahibkarlara məsləhət-ekspert xidmətləri göstərmək;
  • İKT sahəsi üzrə kadr hazırlığını stimullaşdırmaq, istedadlı gənclərin, gənc İKT mütəxəssislərinin və alimlərin məlumat bankını yaratmaq;
  • Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
  • IKT sahəsində sahibkarlığın inkişafına təkan vermək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada reklam və nəşriyyat fəaliyyəti ilə məşğul olmaq;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.