Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | İnvestisiya fəaliyyəti
AAF77950A56E3D4C84235842FE4AA479
2302
page,page-id-2302,page-child,parent-pageid-1420,page-template-default,ajax_fade,page_not_loaded,,boxed

İnvestisiya fəaliyyəti

   

Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətində payçı və ya səhmdar kimi iştirak etməkdir.Layihənin investisiya formasında maliyyələşdirilməsi hüquqi şəxsin nizamnamə kapitalının bir hissəsinin Fondun maliyyə vəsaiti hesabına formalaşdırılması və ya artırılması yolu ilə həyata keçiriləcək. Fondun vəsaitləri İKT sahəsində aşağıda qeyd olunan istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə investisiya olununacaq:

 

– tətbiqi elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılmasına;
– innovativ layihələrin yaradılmasına;
– yeni texniki sınaq qurğularının yaradılması və;
– yeni nümunəvi texnikanın yaradılması və istehsalı;
– yeni texnologiyaların yaradılmasına;
– proqram təminatı vasitələrinin yaradılması;
– informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində yeni xidmətlərin yaradılması;
– elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması.
 

Fond həmçinin İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi məqsədilə vençur maliyyələşməsini həyata keçirə bilər.