Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Meyarlar
AAF77950A56E3D4C84235842FE4AA479
2517
page,page-id-2517,page-template-default,ajax_fade,page_not_loaded,,boxed

Meyarlar

   

 

 

Qrant müsabiqələri çərçivəsində layihələrin qiymətləndirilməsi
MEYARLARI

 

Qrant müsabiqəsinə təqdim olunmuş
layihələrin qiymətləndirilməsinə dair meyarların təsnifatı

 

1. Layihənin məqsəd və vəzifəsinin aydınlığı
2. Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə
3. Layihənin kommersiyalaşdırılma potensialı
4. Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması
5. Layihənin innovasiya yönümlü olması və aktuallığı
6. Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı
7. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı
8. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması
9. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi
10. Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti
11. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü
12. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi

 

Müsabiqəyə təqdim olunmuş qrant layihələrinin ekspert və ya ekspertlər qrupu tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (bundan sonra – Fond)Müşahidə Şurasının müəyyən etdiyi meyarlar üzrə qiymətləndirilməsi, layihələrin maliyyələșdirilməsi ilə bağlı məqsədyönlü qərarların qəbul edilməsində səmərəliliyi təmin edir. Layihələrin qiymətləndirilməsi 12 (on iki) meyar üzrə aparılır. Hər bir meyar üzrə layihəyə 1 və ya 0 qiymət verilə bilər. 8 (səkkiz) və ya daha artıq xalla qiymətləndirilmiş layihələr maliyyələşdirilməsi haqqında qərar qəbul etmək üçün Fondun Müşahidə Şurasına təqdim olunur.