Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Sual-Cavab
AAF77950A56E3D4C84235842FE4AA479
2615
page,page-id-2615,page-template-default,ajax_fade,page_not_loaded,,boxed

Sual-Cavab

   

1. Fondun elan etdiyi qrant müsabiqələrində iştirak üçün kim müraciət edə bilər?

Fondun elan etdiyi qrant müsabiqələrində iştirak üçün Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər müraciət edə bilərlər.

 

2. Fondun elan etdiyi qrant müsabiqələri barədə haradan məlumat almaq olar?

Müsabiqə haqqında elanlar kütləvi informasiya vasitələrində,o cümlədən, Fondun rəsmi internet saytında yerləşdirilir.

 

3. Müsabiqələrdə iştirak etmək üçün yaş məhdudiyyəti qoyulurmu?

Müsabiqədə iştirak edən fiziki şəxslər üçün yaş həddi qoyulmur.

 

4. Layihələr hansı formada qəbul edilir?

Fondun elan etdiyi qrant müsabiqələrində layihələri təqdim etmək üçün Fondun rəsmi internet səhifəsindəki E-Qrant bölməsindən qeydiyyatdan keçməklə onlayn formada təqdim edə bilərsiniz.

 

5. Bir şəxs (fiziki və ya hüquqi) eyni zamanda bir neçə layihə ilə müraciət edə bilərmi?

Fiziki şəxs bir, hüquqi şəxs bir neçə layihə təqdim edə bilər.

 

6. Qrant müsabiqələri çərçivəsində hansı layihələrə üstünlük verilir?

Müsabiqələrdə İKT sahəsi üzrə ixtisaslaşmış kiçik sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək innovativ və tətbiqi elmi-texniki, həmçinin kommersiyalaşdırılmaq ehtimalı yüksək olan layihələrə üstünlük verilir.

 

7. Layihənin təqdim olunması üçün hansı sənədlər tələb olunur?

Qrant müsabiqələrində iştirak üçün təqdim ediləcək sənədlər aşağədakılardır:
Layihə rəhbərinin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
Layihə icraçılarının şəxsiyyət vəsiqələrinin surəti;
Xərc maddələrini dəqiq göstərməklə layihənin büdcə forması;
Layihənin biznes planı;

 

8. Layihələr hansı formada qiymətləndirilir?

Fondun Əsasnaməsinə əsasən müsabiqə layihələri ilkin və kompleks ekspertizaların nəticələrinə uyğun olaraq seçilir. Fondun müvafiq bölməsi və daimi ekspertləri tərəfindən Fondun Müşahidə Şurasına təqdim olunmuş sənədlər toplusu əsasında Şuranın iclasında müsabiqənin qalibləri müəyyən edilir.

 

9. Layihəhin ekspertizası hansı müddətdə həyata keçirilir?

Fondun müvafiq bölməsi və daimi ekspertləri tərəfindən 15 (on beş) iş günü müddətində kodlaşdırılmış layihələrin ilkin ekspertizası keçirilir, İlkin ekspertizadan uğurla keçmiş layihələr üzrə müstəqil və daimi ekspertlər tərəfindən 20 (iyirmi) iş günü müddətində kompleks ekspertiza keçirilir və ekspertizanın nəticəsini özündə əks etdirən rəy, arayış və tövsiyələr Fonda təqdim edilir.

 

10. Müsabiqədən uğurla keçmiş layihələrə bu barədə nə vaxt məlumat verilir?

Müsabiqədən uğurla keçmiş layihələrin siyahısı və bu layihələr haqqında məlumatlar müsabiqə bitdikdən sonra Fondun internet səhifəsində yerləşdirilir və digər müvafiq elektron resurslarında və mətbu nəşrlərdə dərc olunur.

 

11. Bir layihə üzrə hansı məbləğdə qrant vəsaitinə iddia etmək olar?

Qrant müsabiqələri üzrə bir layihənin iddia edə biləcəyi məbləğ 10.000 (on min) manatdan, 300.000 (üç yüz min) manatadəkdir.

 

12. Layihənin biznes planı necə hazırlanmalıdır?

Layihənin biznes planının hazırlanması ilə bağlı tələblər Fondun veb səhifəsinin müvafiq bölməsində yerləşdirilmişdir.

 

13. Layihə icraçıları üçün şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş sürəti tələb olunurmu?

Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş sürəti yalnız layihə rəhbəri üçün tələb olunur, layihə icraçıları üçün şəxsiyyət vəsiqəsinin sürəti kifayətdir.

 

Fondun daha əvvəl elan etdiyi müsabiqələrdə qalib gəlmiş şəxslər elan edilmiş müsabiqəyə yenidən layihə təqdim edə bilərlərmi

Yalnız o halda iştirak edə bilər ki, əvvəlki müsabiqələrdə qalib qəlmiş layihələnin icrası bitmiş olsun