Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Sual-Cavab
AAF77950A56E3D4C84235842FE4AA479
2621
page,page-id-2621,page-child,parent-pageid-2651,page-template-default,ajax_fade,page_not_loaded,,boxed

Sual-Cavab

   

1. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri sahibkarlıq subyektlerinə İKT sahəsinin hansı istiqamətləri üzrə güzəştli kreditlər şəkilində verilir?

• İnnovativ layihələrin həyata keçirilməsi
• Yeni texniki qurğuların yaradılması
• İKT məhsullarının istehsalı
• Yeni texnologiyaların tətbiqi ilə xidmətlər göstərilməsi
• Proqram təminatı vasitələrinin yaradılması
• İnformasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində xidmətlərin yaradılması
• İKT sahəsində digər xidmətlərin göstərilməsi

 

2. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına verilən güzəştli kreditləri əldə etmək etmək üçün sahibkar hara müraciət etməlidir?

“ İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na əsasən kreditin ayrılması üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatları siyahısında göstərilən banklara müraciət edə bilərlər.Müvəkkil Banklar barədə məlumat Fondun internet səhifəsində yerləşdirilmişdir.  

 

3. Sahibkarlıq subyektləri güzəştli kreditlər əldə etmək üçün hansı sənədləri təqdim etməlidirlər?

Təqdim olunacaq sənədlərin siyahısını əldə etmək üçün sahibkarlıq subyektləri Müvəkkil Banklara müraciət edə bilərlər.  

 

4. Sahibkarlıq subyektlərinin Fondun vəsaitlərindən istifadə ilə bağlı müraciətlərinə müvəkkil kredit təşkilatları tərəfindən hansı müddət ərzində baxılır?

Müvəkkil kredit təşkilatı sahibkarlıq subyektləri tərəfindən edilmiş müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir.İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.  

 

5. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna müvəkkil kredit təşkilatları tərəfindən maliyyələşdirilmək üçün təqdim olunmuş layihələrə hansı müddətdə baxılır?

Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.  

 

6. Kredit vəsaiti hansı müddət ərzində sahibkarlıq subyektinin hesabına köçürülür?

Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.

 

7. Güzəştli kredit vəsaitlərinin hədləri nə qədərdir?

kiçik həcmli kreditlər: 10.000 manatdan 50.000 manatadək;
orta həcmli kreditlər: 50.001 manatdan 500.000 manatadək;
böyük həcmli kreditlər: 500.001 manatdan 5.000.000 manatadək.  

 

8. Güzəştli kreditlər hansı müddətə verilir?

kiçik həcmli kreditlər üçün-3 (üç) ilədək;
orta həcmli kreditlər üçün- 5 (beş) ilədək;
böyük həcmli kreditlər üçün-10 (on) ilədək.  

 

9. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun kreditlərinə tətbiq edilən illik faiz dərəcələri nə qədərdir?
Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləğinin 5 (beş) faizindən artıq olmamalıdır.  

 

10. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun kreditlərinə tətbiq edilən güzəşt müddəti nə qədərdir?

Kreditlərdən istifadə üzrə güzəşt müddəti kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk yarısını əhatə edə bilər.  

 

11. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektinə ayrılmış kredit vəsaitinin təyintaı üzrə nəzarət necə həyata keçirilir?

“ İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 8-ci bəndinə əsasən Müvəkkil kredit təşkilatları Fond tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq ildə iki dəfədən az olmayaraq Fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər.Hər iki halda aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.