Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Biznes Plan
AAF77950A56E3D4C84235842FE4AA479
3623
page,page-id-3623,page-template-default,ajax_fade,page_not_loaded,,boxed
   

 
 

Qrant maliyyələşdirilməsi üzrə müsabiqələrdə təqdim edilən

layihələrin biznes planlarının tərtib edilməsinə dair

 

TƏLƏBLƏR

 

Bu tələblər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (bundan sonra – Fond) Müşahidə Şurasının 2014-cü il 10 oktyabr tarixli iclasının qərarı ilə təsdiq edilmiş Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydalarının 3.4-cü bəndinə uyğun olaraq, Fond tərəfindən keçirilən qrant müsabiqələri çərçivəsində sahibkarlıq subyektlərinin (fiziki və hüquqi şəxslər) ərizələrinə əlavə olunan biznes planın tərtib edilməsinin ümumi qaydalarını müəyyən edir.

Müsabiqədə iştirak etmək üçün təqdim olunacaq layihənin biznes planı tərtib edilərkən aşağıda qeyd edilən bölmələrdən ibarət hazırlanmalıdır:

 

1. Layihənin məzmunu və əsaslandırılması;
2. Layihə rəhbəri və icraçılar haqqında məlumat;
3. İcra planı;
4. Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) xüsusiyyətləri;
5. İstehsal, iş və ya xidmətin təşkili haqqında məlumat;
6. Maliyyə planı;
7. Risklərin qiymətləndirilməsi;
8. Layihənin qısa xülasəsi.

 

B Ö L M Ə I

 

Layihənin məzmunu və əsaslandırılması

 

Layihənin xülasəsi layihənin bașlıca məqsədini və məzmununu ifadə etməklə özündə – mövcud vəziyyətin təhlili, layihə çərçivəsində hazırlanması nəzərdə tutulan məhsullar (iș və xidmətlər) və bu məhsullara (iș və xidmətlərə) olan tələbatın əsaslandırılması, layihənin nəticələri ilə bağlı proqnozları və s. əks etdirir. Bu bölmədə layihənin müvafiq müddəaları ardıcıllıqla qısa, dəqiq və səlis qaydada qeyd edilməli və așağıdakı məlumatlar əks olunmalıdır:

1. Layihə haqqında ümumi məlumat;
2. Layihənin məqsədinin ətraflı şərhi;
2. Maliyyələșmə mənbələri, həcmi və təyinatı;
3. Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) satıș bazarı haqqında qısa məlumat;
4. Layihənin iqtisadi-sosial səmərəliliyi;
5. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü;
6. Layihənin kommersiyalaşdırılması potensialı və digər investorların(yerli və xarici) cəlb olunması ehtimalı.

 

B Ö L M Ə II

 

Layihə rəhbəri və icraçılar haqqında məlumat

 

Layihə rəhbərləri və icraçılar aşağıdakı məlumatları göstərmilidirlər:

1. Adı, soyadı, atasının adı
2. Doğulduğu tarix (gün, ay, il)
3. Təqdim olunan layihə çərçıvəsində tutduğu vəzifə
4. Vətəndaşlığı (yalnız icraçılar ücün)
5. İş yeri və vəzifəsi
6. Təhsili və ixtisası
7. Elmi dərəcəsi
8. Yaşadığı ünvan və poçt indeksi, telefon (iş/ev/mobil),elektron poçt ünvanı
9. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı

 

B Ö L M Ə III

 

İcra planı

Layihənin icrası 3 mərhələdə nəzərdə tutulmalıdır Layihənin icra planı ilk növbədə layihə üzrə görüləcək ișlərin ardıcıllığını, reallașdırılma mərhələlərini və digər mühüm təșkilati prosesləri özündə əks etdirməlidir. Görüləcək ișlərin yerinə yetirilməsi ardıcıllığı qrafiki və layihənin hər bir mərhələsində əldə olunancaq nəticələr göstərilməlidir. /p>

İcra planının nümünəsi

ICRAPL
 

B Ö L M Ə IV

 

Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) xüsusiyyətləri

 

Hazırlanması nəzərdə tutulan məhsul (iș və xidmət) barədə məlumatların verilməsi layihənin mühüm tərkib hissələrindən biridir

Bu bölmədə așağıdakı məlumatlar əks olunmalıdır:
1. Məhsulun (iș və xidmətin) xüsusiyyətləri;
2. Məhsulun (iș və xidmətin) keyfiyyət üstünlükləri;
3. Texnoloji proses (istehsal texnologiyası); (varsa)
4. Məhsulun (iș və xidmətin) analoji məhsullardan əsas üstünlükləri;
5. Məhsulun (iș və xidmətin) idxalı əvəz edən və ya ixrac yönümlü olmasına dair məlumat; (varsa)
6. Məhsulun (iș və xidmətin) innovasiya yönümlü olmasına dair məlumat.

 

B Ö L M Ə V

 

İstehsal, iş və ya xidmətin təşkili haqqında məlumat

 

Bu bölmə məhsul (iș və xidmət) növü üzrə istehsalın, xidmətin təșkili prosesini, maddi-texniki təchizatını, istehsal, xidmət prosesinin idarə olunmasını və istehsalla, xidmətlə bağlı digər müvafiq məlumatları özündə əks etdirir.

İstehsal planında așağıdakı məlumatlar verilməlidir:

1. Layihə icraçılarının layihə icrası ilə əlaqədar mövcud maddi-texniki imkanları;
2. Alınması nəzərdə tutulan materialların texniki göstəriciləri və təyinatı;
3. Layihə üzrə istehsal, xidmət gücü və nəzərdə tutulan istehsal, xidmət həcmi.

 

B Ö L M Ə VI

 

Maliyyə planı

 

Bu bölmə layihə rəhbərinin sərəncamında olan əsas və dövriyyə kapitalının pul ifadəsində əks etdirilməsi, qrant vəsaiti və öz vəsaitinin hərəkəti və layihə dövrü ərzində pul vəsaitlərinin dövriyyəsi ilə șərtlənir.

Maliyyə planı bölməsində așağıdakı məlumatlar verilməlidir:

1. Layihənin tam həyata keçirilməsinə tələb olunan maliyyə vəsaitinin məbləği(tələb olunan qrant vəsaiti və sahibkarlıq subyekti tərəfindən qoyulan vəsait göstərilməklə);
2. Vəsaitin təyinatı üzrə bölgüsü;
3. Məhsul(iş və xidmətin) vahidi üzrə maya dəyərinin hesablanması;
4. Gəlirlərin proqnozu və əsalandırılması;
5. Layihənin özünü ödəmə müddəti.

Maliyyə planı bölməsi üzrə aparılan maliyyə hesablamalarında Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmalı, istifadə olunan hər bir göstəricinin hesablanması mənbəyi aydın göstərilməli və hesablamalar üzrə proqnozlașdırılan maliyyə nəticələrinin dürüstlüyü əsaslandırılmalıdır.

 

B Ö L M Ə VII

 

Risklərin qiymətləndirilməsi

 

Layihədə risklərin qiymətləndirilməsi layihənin reallașdırılması mərhələlərində layihə rəhbərinin qarșılașa biləcəyi təhlükəli (riskli) halların nəzərə alınması və risklərin minimallașdırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi nəzərdə tutur. Layihənin icrası ilə əlaqədar risklər layihə rəhbəri tərəfindən qruplașdırılaraq qiymətləndirilməli və onların minimuma endirilməsi üçün tədbirlərin siyahısı hazırlanmalıdır.

 

B Ö L M Ə VIII

 

Layihənin qısa xülasəsi.

 

Layihənin qısa xülasəsi: Layihənin adı, məqsədi, gözlənilən nəticələr və İKT sahəsində tətbiqi haqqında məlumat əks etdirməlidir. ümumi həcmi 1 səhifədən və 150 sözdən artıq olmamalı, 12 ölçülü Times New Roman şrifti ilə, 1 intervalla yazılmalıdır.